İqtisadiyyat

Bitkoin cüzi bahalaşıb

14 Avqust 2018 08:08
2 Şərh     Baxış: 423
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada ən populyar kriptovalyuta olan bitkoin bir qədər bahalaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bitkoin bu gün 6,4 min dollar ətrafında alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,38% artaraq 6,44 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 2,45% və ya 318,86 dollaradək ucuzlaşıb, "Ripple" 1,33% (0,3037 dollara qədər) ucuzlaşıb, "Bitcoin Cash" isə 0,28 (578,35 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 216,02 milyard dollar təşkil edir və bunun 51,2% faizi bitkoinin payına düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.