İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

13 Avqust 2018 23:52
0 Şərh     Baxış: 1 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,66 dollar/barel çoxdur. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 10-da 73,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,03 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 10-da 69,94 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,61 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 10-da 71,27 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,64 dollar/barel çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.