İqtisadiyyat

Rumıniya Xəzər regionundan yeni qaz nəqli dəhlizi haqqında

13 Avqust 2018 07:07
Baxış: 864

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan AGRI (Azerbaijan-Georgia-Romanian Interconnector) qaz kəmərləri sistemi layihəsi Rumıniya və Avropa İttifaqı (Aİ) üçün vacib layihə olaraq qalır.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Rumıniya hökümətindən mənbə bildirib.

Mənbə deyib: "AGRI layihəsi özündə enerji təhlükəsizliyi (enerji ehtiyatlarının tədarükü mənbələrinin və marşrutlarının diversifikasiyası yolu ilə) və Aİ-nin Enerji birliyinin əsas məqsədlərindən biri olan regional əməkdaşlıq komponentini özündə birləşdirən Qara dəniz regionunda unikal təşəbbüsdür. Bu səbəblərlə AGRI Ruməniya və Aİ üçün vacib layihə kimi qalır. Daha geniş mənada AGRI mayeləşdirilmiş təbii qazın tədarükü ilə Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək və bu, Avropa Komissiyasının strategiyasının məqsədlərinə uyğundur".

Agentliyin sözçüsü qeyd edib ki, AGRI idxal edilən qazın Aİ bazarına yeni giriş nöqtəsi kimi xidmət edəcək Xəzər regionundan yeni qaz nəqli dəhlizinin açılmasını nəzərdə tutur: "Dəhliz qaz mənbəyini Aİ-nin qaz bazarı ilə birləşdirən ən qısa, ən düz və müstəqil qaz nəqliyyat marşrutu kimi xüsusi olaraq hazırlanıb. Qara dənizdə mühüm karbohidrogen ehtiyatlarının açılışı layihəyə əlavə əhəmiyyət verə bilər. Bundan əlavə, AGRI BRUA (Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya) kəməri üçün əlavə budaq kimi nəzərdən keçirilə bilər".

Onun sözlərinə görə, AGRI-nin texniki-iqtisadi əsaslandırılması artıq hazırlanıb və hər iki ssenari üzrə müsbət rəy verilib.

Mənbə əlavə edib ki, Layihənin reallaşdırılması çərçivəsində gələcək addımlar digər regional enerji layihələrinin inkişafından və Xəzərin qaz ehtiyatlarından asılıdır: "Son illərdə Aİ-də təbii qaza tələbatın artdığı müşahidə olunur və gözlənilir ki, bu gələcəkdə də davam edəcək. Eyni zamanda Aİ enerji marşrutlarının və mənbələrinin diversifikasiyasına xüsusi diqqət yetirir. Mərkəzi Avropada mayeləşdirilmiş təbii qaz sektorunun inkişafı Aİ-nin ənənəvi mənbələrdən qaz idxalından asılılığının azaldılmasında əvvəlki kimi mühüm rol oynayacaq".

Üstəlik, Ruməniya hökümətindəki mənbə qeyd edib ki, transavropa enerji infrastrukturunun davam edən genişləndirilməsi və möhkəmləndirilməsi həm mayeləşdirilmiş təbii qaz alıcıları, həm də istehsalçıları üçün yeni imkanlar açır: "İndiyədək əldə olunmuş səylər sayəsində Mərkəzi və Şərqi Avropa regionunun yeni beynəlxalq qaz mənbələri və nəqliyyat dəhlizləri ilə bağlılığı artır".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.