İqtisadiyyat

Avropada təbii qazı ən ucuz istehlak edən ölkə HANSIDIR?

11 Avqust 2018 16:14
0 Şərh     Baxış: 953

Ötən il Avropada təbii qazı ən ucuz istehlak edən ölkə Türkiyə olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika Bürosu (Avrostat) məlumat yayıb. Bildirilir ki, keçən il Avropa İttifaqına üzv 21 ölkə ilə Moldova, Makedoniya və Serbiyanın da aralarında yer aldığı siyahıda Türkiyə mənzillərdə ən ucuz təbii qaz istehlak edən ölkə olub. 2017-ci ildə mənzillərdə ən bahalı təbii qaz İsveçdə satılıb.

Belə ki, siyahıdakı ümumilikdə 25 ölkə arasında ötən il Türkiyədə mənzillərdə istifadə edilən 1 kilovat-saat elektrik enerjisi ekvivalenti təbii qaz üçün 2,4 avro/sent ödənilib. Siyahıda növbəti pillələrdə Rumıniya və Moldova (3 avro/sent), Serbiya (3,4 avro/sent), Bolqarıstan (3,4 avro/sent) qərarlaşıb.

Keçən il mənzillərdə kilovat-saat ekvivalentinə görə ən bahalı təbii qaz 11,9 avro/sentə İsveçdə satılıb. İsveçi 9,6 avro/sent ilə İrlandiya, 9,3 avro/sentlə Portuqaliyaya, 8,8 avro/sentlə Danimarka və 7,9 avro/sentlə Hollandiya izləyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.