İranda gəlir səviyyəsi aşağı olan 10 milyon insan Əmək Nazirliyinin hazırladığı layihə çərçivəsində elektron kupondan istifadə edərək aliş-veriş edəcəklər.
Milli.Az TRT-yə istinadən bildirir ki, İran əmək nazirinin müavini Əhməd Meyderi mövzu ilə əlaqədarr açıqlama verdi.
Meyderi kuponla alış-veriş edəcək insanların İran Mərkəzi Bankı vasitəsilə əldə edəcəyi və içərisində hər ailə üzvü üçün 40 min tümən (20 Türk lirəsi) yüklənmiş elektron kartla müəyyən mağazalardan əsas tələbat mallarını ala biləcəklərini söylədi.
Nazir müavini kupon istifadəçilərinin endirimli qiymətlərlə alış-veriş edəcəklərini dilə gətirdi.
İran mətbuatında yayılan xəbərlərə görə, İran Əmək Nairliyi tərəfindən başladılan elektron kupon layihəsi gəlir səviyyəsi aşağı olan 10 milyon insanın yerli valyutanın dəyərinin itirilməsindən zərər görməməsi məqsədi ilə tətbiq olunacaq.
Layihənin detallarının gələn günlərdə dəqiqləşməsi gözlənir.
İran xalqı son dəfə İran-İraq müharibəsində əsas qida maddələrini kuponlarla almışdı.
Milli.Az