İqtisadiyyat

“Yeni İqtisadiyyat Proqramı ilə yeni müvəffəqiyyət hekayəmizi yazmağı hədəflədik" - Bərat Albayraq

20 Sentyabr 2018 23:27
0 Şərh     Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Xəzinə və Maliyyə naziri Bərat Albayraq Prezident Aparatı Dolmabaxça İş Ofisində Yeni İqtisadiyyat Proqramını dəyərləndirdi.

Albayraq: "Yeni iqtisadiyyat proqramımızı tərtib edərkən yeni müvəffəqiyyət hekayəmizi yazmağı hədəflədik" dedi.

Milli.Az TRT-yə istinadən bildirir ki, Xəzinə və Maliyyə naziri Yeni İqtisadiyyat Proqramının üç ana təməl - tarazlaşdırma, intizam və dəyişim üzərində qurulduğunu bildirdi.

Nazir proqram hədəflərinin müəyyənləşdirilməsində ölkənin reallığının nəzərə alındığını qeyd etdi və proqramın iqtisadi rəhbərliyin operativ qərar qəbul etmə gücü ilə qarşıdakı 3 ildə həyata keçəcəyini söylədi.

Yeni İqtisadiyyat Proqramında böyümə hədəfləri 2018-ci il üçn 3.8, 2019-cu il üçün 2.3%,  2020-ci il üçün 3.5 % və 2021-ci il üçün 5% olaraq müəyyən olunub.

Büdcə kəsirinin Ümumi Daxili Məhsula nisbəti hədəfi isə, 2018 üçün 1,9%, 2019-ci il üçün 1,8%, 2020-ci il üçün 1,9 faiz, 2021 üçün 1,7 faiz olub.

Yeni İqtisadiyyat Proqramında inflyasiya hədəfləri  2018 üçün 20,8%, 2019-ci il üçün 15,9%, 2020-ci il üçün 9,8 %, 2021-ci il üçün 6,0 % olub.

İşsizlik nisbəti hədəfləri  2018-ci il üçün 11,3%, 2019-ci il üçün 12,1%, 2020-ci il üçün 11,9 f%, 2021-ci il üçün 10,8 % olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.