İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

9 Avqust 2018 23:47
0 Şərh     Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 73,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,16 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 8-də 72,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,14 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 8-də 68,93 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 2,06 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 8-də 70,5 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,22 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.