İqtisadiyyat

Qarpız bazarlarda niyə ucuzlaşmır? - VİDEO

9 Avqust 2018 21:31
8 Şərh     Baxış: 3 327

Tarlalarda ucuz olsa da Bakıdakı bazarlarda 50-60 qəpikdən ucuz qarpız tapmaq olmur. Satıcılar qiymətin yerlərdə də baha olduğunu deyir. Fermerlər isə əksinə, alıcılığın zəif olması səbəbindən son günlər qiymətlərin aşağı düşdüyünü bildirirlər. Ehtimal olunur ki, qarşıdakı həftələrdə qarpızın qiyməti nisbətən də ucuzlaşacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ötən ilin Bakıdakı bazarlardahətta kiloqramıq 10 qəpiyə də qarpız təklif edilsədə bu il bu mənzərə təkrar olunmadı. Fermərlərin sözlərinə görə bunun əsas səbəbi məhsuldarlığın zəif olması və qarpız tarlalarının azlığıdır. Onların sözlərinə ögrə buna baxmayaraq qarpız ötən həftələrə nisbətən indi ucuz satılır.

Qarpızın ən çox yetişdirildiyi rayonlardan olan Saatlı və Sabirabadda qarpızın tarlada satış qiyməti 10-15 qəpik ucuzlaşıb.

Sabiraba və Saatlıya nisbətdə Bərdədəki tarlalarda qiymət biraz da aşağıdır. Amma fermerlər ötən ilə nisbətən məhsulun ucuzlaşmamasının səbəbini qarpız tarlalarının az olması və məhsuldarlığın zəif olması ilə əlaqləndirir.

Tarlalarda qarpız 25-35 qəpik olsada Bakı bazarlarında hələdə bu məhsulun orta qiyməti 50-60 qəpikdir.

Həm satıcılar, həm də fermerlərin sözlərinə görə yaxın həftələrdə tarlalarda açıq havada yetişən qarpız yığıldıqca qiymətin 20 qəpiyə kimi aşağı düşəcəyi ehtimal edilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qarpız bazarlarda niyə ucuzlaşmır?

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    tehi · 9 Avqust 22:3612

    qozumaki

    Cavab yaz
  • Anonim
    12345 · 9 Avqust 22:4310

    Ïnsafda yaxwi weydi tarlada 35 dise bez Bakida 36 olmalidi ??

    Cavab yaz
  • Anonim
    Musa. · 9 Avqust 22:5710

    Kim deyirsə yalan deyir. O 30-35 qəpiyə olan qarpız tağı yanan, gün yandıran qarpızdı. Təzə tər qarpızı bir yerdən 40 qəpikdən aşağı vermirlər o fermerlər.

    Cavab yaz
  • Anonim
    müəllimə · 9 Avqust 23:1100

    Qarpızdan tamamilə imtina etmişəm..Çünki yeyən kimi halım pisləşir...

    Cavab yaz
  • Anonim
    mamed · 10 Avqust 09:3800

    0.60 qepiydi

    Cavab yaz
  • Anonim
    MM · 10 Avqust 10:2420

    Tarlada 20 qəpik Bazarda 60 qəpik. ?????

    Cavab yaz
  • Anonim
    MM · 10 Avqust 10:2410

    Müvafiq qurumlar nə işlə məşğuldur...

    Cavab yaz
  • Anonim
    MM · 10 Avqust 10:2610

    Ölkədə ÖZBAŞINALIQ nəvaxta dək davam edəcək

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.