İqtisadiyyat

“Moody's": Gələn il Azərbaycanda iqtisadi artım templəri sürətlənəcək - VİDEO

9 Avqust 2018 21:26
Baxış: 593

Ölkə iqtisadiyyatında 2019-cu ildə daha sürətli artım tempinə malik olacaq. Bütün sahələrdə, xüsusilə qeyri-neft sektorunda həyata keçirilən islahatlar iqtisadiyyatın dayanıqlığına gətirib çıxarıb. Dünyanın nə nüfuzlu reytinq agentliyinin hesabatında bu məsələyə xüsusi yer verilib

Azərbaycan iqtisadiyyatında cari ilin sonuna qədər və qarşıdakı ildə artım templəri davam edəcək. Bu məsələ dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan "Moody's"un hesabatında öz əksini tapıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, iqtisadçı ekspert Vüqar Bayarmovun sözlərinə görə bu proqnoz tam iqtisadi təhlillərə uyğun hazırlanıb. Çünki "Moody's" agentliyi dövlət və özəl qurumlarla əməkdaşlıq edib və onların iqtisadi göstəricilərinə əsaslanıb. Hesabatda göstərilir ki, əlverişli xarici mühit - 2017-ci ildə neft qiymətlərinin orta hesabla 54 dollar olması, milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının bərpasına gətirib çıxardı.

Hesabata əsasən iqtisadiyyatda artım templəri təkcə neftin qiymətinin yüksək olması ilə bağlı deyil. Bu məqamda qeyri neft məhsullarının ixracı da önəmli rol oynayır.

İqtisadçının sözlərinə görə, qeyri neft məhsullarının ixracının artması isə bir hökumətin son illər bu sahədə həyata keçirdiyi dərin islahatlarla bağlıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
""Moody's"

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.