İqtisadiyyat

Moody's Azərbaycanda bank kreditləşməsinin artımını gözləyir

8 Avqust 2018 12:00
0 Şərh     Baxış: 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ildə Azərbaycan banklarının kredit portfeli 5-10 faiz artacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

Agentlik yeni hesabatında Azərbaycan bank sistemi üzrə proqnoz "mənfi"dən "stabil"ə dəyişib.

Agentliyin fikrincə, iqtisadi artımın bərpa olunması kreditlərə tələbatın artmasına səbəb olacaq. Bu, əsasən əhaliyə kreditlərin artması hesabına baş verəcək.

Eyni zamanda 2018-ci ildə korporativ kreditləşmə dinamikası zəif olacaq.

Hesabatda qeyd olunur ki, bankların ümumi aktivlərində kreditlərin payı 2014-cü ildə 74 faizdən 2017-ci ildə 41 faizədək düşüb.

Agentlik Azərbaycan banklarının kredit portfellərinin problemli kreditlərdən təmizlənəcəyini gözləyir. Bundan başqa, bank sektorunun konsolidasiyası davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.