İqtisadiyyat

Kombayn çatışmazlığı məhsuldarlığı aşağı salır - Fermerlər narahatdır - VİDEO

22 İyul 2018 20:57
1 Şərh     Baxış: 1 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rayonlarda kombayn çatışmazlığı fermerlər üçün ciddi problem yaradır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, taxıl vaxtında biçilmədiyi üçün məhsuldarlıq ildən-ilə aşağı düşür. Odur ki, fermerlər yaranmış vəziyyətdən narahatdır.

Təsərrüfat sahibləri deyir ki, özləri texnika almaq çox baha başa gəlir. Çünki gəlirləri texnika almağa imkan vermir.

Amma kifayət qədər geniş torpaq sahəsinə malik olan fermerlərin təsərrüfatlarında lazımi kənd təsərrüfatı texnakaları var.

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, Mərkəzi Avropa ölkələrində fermerlər birləşərək iri kooperativlər şəklində fəaliyyət göstərirlər. Belə olan halda lazım olan texnikaları birgə ala bilirlər. Başqa bir təcrübə isə femrlerə uzunmüddətli və faizsiz kreditlərin verilməsidir. Məsələn, ABŞ-da kiçik sahibkarlara 15 il müddətinə kreditlər verilir və fermer 7 il sonra krediti ödəməyə başlayır.

Qeyd edək ki, fermerlərin iri kooperativlər şəklində fəaliyyət göstərməsi məsələsi ölkəmizdə də müzakirə olunur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Kombayn çatışmazlığı məhsuldarlığı aşağı salır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.