İqtisadiyyat

İnternetin ən populyar markaları məlum oldu - SİYAHI

22 İyul 2018 23:25
0 Şərh     Baxış: 2 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçin pərakəndə markası, geyim nəhəngi olan H&M (Hennes & Mauritz) rəqiblərini geridə qoyaraq internetin ən populyar brendi olmağı bacarıb.

Milli.Az facemark.az-a istinadən bildirir ki, "SEMrush" şirkəti tərəfindən aparılan araşdırmaya görə, H&M dünya miqyasında internetdə ayda 30 milyondan (Google-da 30 milyon dəfədən çox H&M abreviaturasını klik ediblər) çox axtarış edilib.

İnternetin ən populyar ikinci markası isə, ayda 25 milyon dəfə axtarış edilən ZARA markası olub. İdman malları tədarükçüsü olan "Adidas", "Nike" və İngiltərənin onlayn pərakəndəçisi "ASOS" hər biri aylıq 15 milyondan çox axtarışa verilib. Adıçəkilən markalar siyahının 3-cü pilləsində yer alıblar.

Böyük Britaniyada isə ən populyar moda markaları "ASOS" və "New Look" 4 milyon dəfə axtarış edilərək "SEMrush"un reytinqində birinci pillədə olublar. Adıçəkilən ölkə ərazisində internetin ən populyar ikinci markaları isə "Topshop" və "Boohoo" brendləri olub. Onların hər biri 2 milyondan çox axtarışa verilib.

Keçirilmiş tədqiqat üzrə, həmçinin Fransanın markalarının dünyada populyarlığından da danışmaq olar. Belə ki, bu seqmetdə "Louis Vuitton" markası "Google"da 6 milyondan çox axtarış ilə birinci olub. "Balenciaga" markası 2 milyondan çox, "Chanel" markası isə 1,8 milyondan çox internetdə axtarışa verilib.

Qeyd edək ki, onlayn marketinq araşdırmaları edən, IT şirkəti olan "SEMrush" şirkəti reytinqi tərtib edən zaman qlobal miqyasda istifadəçilərin sorğularını nəzərə alıb. Belə ki, internet istifadəçilərinin sevimli fashion-markalarının reytinqi illik dövr ərzində "Google" da sorğular əsasında hazırlanır. "SEMrush" şirkəti 2017-ci ilin iyul ayında başladığı araşdırmanı isə 2018-ci ilin iyul ayında yekunlaşdırıb. Araşdırmaya görə, internet üzrə axtarışlarda modanın "fast food"u olaraq tanınan "fast-fashion" markaları ön pillədədirlər. Lüks markaların isə internetdə axtarışları 5 milyonu keçmədiyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.