İqtisadiyyat

AST Telmanın otelinə müştəri tapıldı

20 İyul 2018 11:26
0 Şərh     Baxış: 4 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müflis olan iş adamı Telman İsmayılovun Türkiyədə əlindən alınan "Mardan Palace" otelinə müştəri tapılıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, borclara görə müsadirə olunaraq "Halk Bankası"na verilən istirahət kompleksini Türkiyədə və dünyanın bir çox yerində 9 otelə sahib "Titanic Hotels" şəbəkəsi öz sıralarına qatmaq niyyətindədir. 

Belə ki, "Titanic Hotels"in İdarə Heyətinin sədri Mehmet Aygün bank rəsmiləri və AST Telmanla şəxsən görüşüb.  M.Aygün deyib ki, hazırda ilkin görüşlər keçirilib: "Belə bir kompleksin bağlı qalması ürəyimizi sızladır. Ən qısa zamanda yekun qərara gələcəyik", - deyib.  

"Titanik Hotels" rəsmisi onu da əlavə edib ki, "Mardan Palace" yeni sahibinə qovuşsa da, adı dəyişdirilməyəcək: "Bu günə kimi reklamı aparılan "Mardan Palace"nin adını dəyişmək doğru olmaz.  Ancaq  "Mardan Palace Titanic Group" kimi yenilənə bilər".

Xatırladaq ki, Telman İsmayılov sözügedən otelə 1,4 milyar dollar xərc çəkib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.