İqtisadiyyat

Bakıətrafı 11 qəsəbənin tullantı suları bura oturuləcək - VİDEO

19 İyul 2018 21:03
0 Şərh     Baxış: 1 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pirşağı qəsəbəsi yaxınlığında məhsuldarlığı sutkada 40 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, layihə üzrə işlərin 70 faizi yerinə yetirilib. Relyef nəzərə alınaraq ərazidə yaranan tullantı sularının toplanaraq təmizləyici qurğuya ötürülməsini təmin etmək məqsədilə giriş nasos stansiyasının yer səthindən 28 metr dərinlikdə yerləşən şaxtası inşa edilib. Burada ötürmə gücü sutkada 260 min kubmetr olan nasos stansiyası quraşdırılacaq. Mexaniki təmizləmə prosesi yekunlaşdıqdan sonra tullantı suları bioloji təmizlənmə məqsədilə biofosfor qurğusuna ötürüləcək. Artıq biosfor qurğusunun tikintisi yekunlaşmaq üzrədir. Qurğuda təmizlənmiş suların dənizin nisbətən dərin hissəsinə axıdılmasını təmin etmək üçün 1700 metr uzunluğunda dənizə çıxış xəttinin qaynaq və izolyasiya işləri tam yekunlaşib. Azərbaycanda ilk dəfə olaraq bu qurğuda təmizlənmiş suların bir hissəsinin suvarma məqsədilə istifadə edilməsi planlaşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tullantı təmizləyici qurğu tikilir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.