İqtisadiyyat

Üç valyutanı birləşdirdik!

19 İyul 2018 10:54
Baxış: 2 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kapital Bank müştərilərə 3 valyutaya malik Visa Trio Gold, Visa Trio Platinum və Visa Trio Infinite kartlarını təklif edir. Artıq müştərilər AZN, USD və EUR valyutasında olan Visa kartlarını birləşdirərək, Visa Trio kartları üzərində istifadə edə bilərlər. Kartın hər üç hesabını bir PİN kod vasitəsilə idarə etmək mümkündür.  

Kartları müəyyən miqdarda məbləği hesaba əlavə etməklə pulsuz əldə etmək olar. Ödəniş kartları avtomatik olaraq Mobil və İnternet Banking, SMS İnfo, həmçinin SMS Banking xidmətlərinə pulsuz qoşulur. 3D Secure təhlükəsizlik xidmətlərinə qoşulmaq üçün isə Kapital Bank-ın 196 Sorğu Mərkəzinə müraciət etmək lazımdır. 

Kartın hər 3 hesabı arasında komissiya olmadan Card to Card əməliyyatını etmək mümkündür. Yeni kart barədə ətraflı məlumat üçün - www.kapitalbank.az/cards#multyCurrencyCards

Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyona yaxın ödəniş kartı vardır. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. Kapital Bank-ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı vardır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.