İqtisadiyyat

Səfir: "Azərbaycan və Ukrayna əmtəə dövriyyəsini 1 milyard dollara çatdıra bilərlər"

18 İyul 2018 21:10
Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və Ukrayna əmtəə dövriyyəsinin bir milyard dollara çatdırılması üçün lazımi potensiala malikdirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev "İnformator" internet nəşrinə deyib.

A.Xudiyev bildirib ki, son bir ildə ölkələr arasında əmtəə dövriyyəsi 2,5 dəfə artıb.

İki ölkə arasında humanitar sahədə əməkdaşlığa toxunan diplomat xatırladıb ki, bu gün Kiyevdə Müslüm Maqomayev adına bağın yenidənqurmadan sonra açılışı olacaq. Açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edəcək.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Ukrayna ilə Azərbaycanın əmtəə dövriyyəsi 2017-ci ildə 810,28 milyon dollar təşkil edib. Azərbaycan məhsullarının Ukraynaya ixracının payına 350,4 milyon dollar düşüb. İl ərzində əmtəə dövriyyəsi 2,5 dəfə, Azərbaycandan Ukraynaya ixrac isə təqribən 8 dəfə artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.