İqtisadiyyat

Azərbaycan nefti 3 dollar ucuzlaşıb

17 İyul 2018 23:13
0 Şərh     Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 16-da 73,79 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 3,06 dollar dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 16-da 72,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,04 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 16-da 69,09 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 2,52 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 16-da 71,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,1 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.