İqtisadiyyat

Naxçıvanda nağd pullar yoxa çıxacaq

17 İyul 2018 22:09
0 Şərh     Baxış: 1 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvan Muxtar Respublikasında Azərbaycanda ilk nağdsız hesablaşmalar zonası yaradılacaq.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu layihənin gerçəkləşdirilməsi Dünya Bankının, Azərbaycan Mərkəzi Bankının və Naxçıvan MR Maliyyə Nazirliyinin dəstəyi sayəsində mümkün olub.

İddialı layihənin məqsədi Naxçıvanın bütün Qafqazda nağdsız hesablaşmalar üzrə liderə çevrilməsidir.

Yeni infrastruktur vətəndaşlara imkan yaradacaq ki, mobil telefonları vasitəsilə alış-veriş etsinlər, hesablarını ödəsinlər və pul köçürmələrini həyata keçirsinlər.

Dünya Bankının ekspertlərinin fikrincə, bu, əhalisinin cəmi 29%-nin bank hesabı olan Azərnbaycan üçün ciddi dəyişiklik olacaq. Eyni zamanda, Naxçıvanda bu göstərici 50% təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.