İqtisadiyyat

Urala aviareyslərin qiymətinin azaldılması GÜNDƏMDƏ

17 İyul 2018 17:36
0 Şərh     Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aviasiya logistikasının inkişafı Azərbaycan və Rusiyanın Ural federal dairəsinin regionları arasında qarşılıqlı turist axınının artmasına kömək edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın RF-nin Yekaterinburq şəhərindəki baş konsulu İlqar İsgəndərov deyib.

Baş konsul qeyd edib:

"Biz Ural şəhərlərinə uçuş istiqamətlərinin genişləndirilməsi və qiymətlərin azaldılması üzərində işləyəcəyik. Logistikanın inkişafında həm Azərbaycan, həm də Rusiya maraqlıdır. Bu, turizmin ikitərəfli inkişafına da müsbət təsir edəcək".

İ.İsgəndərov bildirib ki, hazırda Yekaterinburqdan Bakıya həftədə yalnız iki birbaşa reys həyata keçirilir:

"Ural federal dairəsinin regionlarından Bakıya Yekaterinburq və Tümendən olan reyslərlə gəlmək olar. Bu halda qiymət Moskvadan olan reyslərlə müqayisədə yuxarı olur, hərçənd məsafə təxminən eynidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.