İqtisadiyyat

Strateji yol xəritəsindəki tədbirlərin icra vəziyyəti açıqlanıb - VİDEO

17 İyul 2018 21:07
0 Şərh     Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ölkəmizdə həyata keçirilən islahatlar, eləcə də strateji yol xəritələrinin icrası artıq ilkin müsbət nəticələrini verməyə başlayıb. 2018-ci ilin ilk yarısının göstəriciləri belə deməyə əsas verir".

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Vüsal Qasımlı strateji yol xəritələrinin icra vəziyyəti haqqında da məlumat verib. İlk olaraq milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsinin icra vəziytyətinin monitorinqi aparılıb. Nəticələr yol xəritəsindəki vəzifələrin yüksək səviyyədə icra olunduğunu göstərir.

Strateji yol xəritəsində dövlət qurumları qarşısında müxtəlif hədəflər qoyulub. Aparılan monitorinqlər onu göstərir ki, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisəsələrlə bağlı tapşırıq 71 faiz, biznes mühitinin inkişaf etdirilməsi üzrə hədəflər 94 faiz tam icra edilib. Yerdə qalan hissələr isə qismən həll edilib. İnsan kapitalının inkişaf etdirilməsi məsələlərinin icrası ən yüksək səviyyədə olub.

Vüsal Qasımlı vurğulayıb ki, strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələrinin ictimaiyyətə elan edilməsi açıq hökumət, demokratik idarəetmə, şəffaflıq və hesabatlılıq meyarlarına tam uyğundur.

O həmçinin qeyd edib ki, manatın məzənnəsi Azərbaycanın ticarət tərəfdaşlarının valyutalarına nisbətdə möhkəmlənib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Strateji yol xəritəsindəki tədbirlərin icra vəziyyəti açıqlanıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.