İqtisadiyyat

Rusiya-Azərbaycan Biznes Şurasına yeni sədr seçilib - FOTO

17 İyul 2018 13:18
Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya-Azərbaycan Biznes Şurasının iclası keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Rusiya Ticarət Sənaye Palatasında keçirilən iclasda Rusiyanın iqtisadi inkişaf naziri, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının sədri Maksim Oreşkin, Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov, Rusiya Ticarət-Sənaye Palatasının sədri Sergey Katırin və Biznes Şurasının üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə Palatanın sədri S. Katırin açaraq Biznes Şurasının keçmiş sədri Pyotr Fradkovun fəaliyyətini yüksək qiymətləndirib. O, gündəliyə Şuraya yeni sədrin seçilməsinin, icraçı direktorun təsdiq edilməsinin, 2018-ci il üçün fəaliyyət planının qəbilunun daxil olduğunu söyləyib.

Rusiya-Azərbaycan Biznes Şurasının sədri vəzifəsinə "R-Farm" şirkəti Direktorlar Şurasının sədri Aleksey Repikin namizədliyi irəli sürülüb. 

A. Repik Rusiya-Azərbaycan Biznes Şurasının sədri seçilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.