İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

16 İyul 2018 23:12
0 Şərh     Baxış: 1 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 76,85 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 2,1 dollar/barel çoxdur. Milli.Az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 75,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,04 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlincə, 71,61 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,47 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 74,27 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,1 dollar/barel çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.