İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

13 İyul 2018 23:27
0 Şərh     Baxış: 1 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,17 dollar dollar/barel azdır. Milli.Az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 12-də 73,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,19 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 12-də 70,14 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 3,19 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 12-də 72,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,97 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.