İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

12 İyul 2018 23:44
0 Şərh     Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 77,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,44 dollar dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 11-də 77,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,53 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 11-də 73,33 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 2,49 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 11-də 75,14 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,53 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.