İqtisadiyyat

AYİB Azərbaycanda özəl şirkətə 6 milyon manat kredit verdi

12 İyul 2018 15:43
0 Şərh     Baxış: 786

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda özəl şirkətlərin birinə manat krediti verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 6 milyon manat həcmində kredit "Xaliq Faiqoğlu" MMC özəl avtobus operatoruna 35 yeni avtobusun alınması üçün verilib.

Qeyd olunur ki, kredit "Xaliq Faiqoğlu"nun daha müasir şəhər nəqliyyatı operatoruna çevrilməsinə xidmət edəcək:

"Kredit 35 yeni dizel avtobusunun alınmasına yönəlib. Bu avtobuslar "Euro 6" standartlarına tam cavab verəcək. Onlar köhnə avtobusları əvəz edəcək və şirkət tərəfindən illik karbon qazı tullantılarını 2 883 ton azaldacaq".

Qeyd edək ki, "Xaliq Faiqoğlu" MMC Bakıda avtobusla sərnişindaşımanın 20 faizdən çoxunu təmin edir, 2017-ci ildə isə 100 milyondan çox sərnişin daşıyıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.