İqtisadiyyat

Azərbaycan nefti 80 dolları keçdi

11 İyul 2018 23:48
0 Şərh     Baxış: 1 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 80,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,92 dollar dollar/barel çoxdur. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 10-da 79,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,9 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 10-da 75,82 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,76 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 10-da 77,67 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,84 dollar/barel çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.