İqtisadiyyat

“Azərxalça”nın filialları artırılacaq

10 İyul 2018 22:37
0 Şərh     Baxış: 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda "Azərxalça" ASC-nin daha 10 filialının açılması nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycanda xalçaçılığın perspektivləri və nailiyyətləri" adlı konfrans zamanı müəssisənin İdarə heyətinin sədri Vidadi Muradov deyib.

Onun sözlərinə görə, artıq filialların tikintisi aparılır və eyni zamanda Sumqayıt Kimya Sənaye parkının ərazisində əyirici-boyaq fabrikinin tikintisi davam edir:

"Bugünkü gün ölkədə "Azərxalça"nın 10 filialı mövcuddur və bu filiallarda 830 nəfər işləyir. Bütün filiallar öncül avadanlıqla təchiz olunub."

Qeyd edək ki, hazırda "Azərxalça"nın filialları Horadiz, Quba, Xaçmaz, Tovuz, Qazax, Ağstafa, Qəbələ, İsmayıllı və digər rayonlarda fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.