İqtisadiyyat

Parisə gedirik, Parisə

18 Oktyabr 2018 22:29
0 Şərh     Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21-25 oktyabr tarixlərində Fransanın paytaxtı Parisdə "Sial Paris" beynəlxalq ərzaq sərgisi işə başlayacaq.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, sərgidə İqtisadiyyat Nazirliyinin  və Azərbaycanın Fransa Respublikasındakı səfirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun  (AZPROMO) təşkilatçılığı ilə qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, fındıq və qurudulmuş meyvə, çay və digər  məhsulların istehsalı ilə məşğul olan 23  Azərbaycan şirkəti öz məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendi ilə təqdim edəcək.

Sərgi çərçivəsində yerli şirkətlərin nümayəndələri Parisdə fəaliyyət göstərən kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distributorlarla görüşlərdə iştirak edəcək, potensial müştərilərlə  ixrac məsələlərinə dair müzakirələr aparacaqlar.

Qeyd edək ki, dünyanın 109 ölkəsindən 7020 şirkətin  iştirak edəcəyi  "Sial Paris" sərgisi Avropanın ən irimiqyaslı ərzaq məhsulları sərgilərindəndir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.