İqtisadiyyat

Bitkoin ucuzlaşıb

9 İyul 2018 23:20
0 Şərh     Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada ən populyar kriptovalyuta olan bitkoin son sutka ərzində cüzi ucuzlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, mütəxəssislər yaxın zamanlarda bitkoinin qiymətinin sabit səviyyədə qalacağını ehtimal edir.

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti 0,92% ucuzlaşaraq 6 767 dollar təşkil edib.

Alternativ kriptovalyutalar da cüzi ucuzlaşıb. Belə ki, "Ethereum" 1,78% və ya 484,47 dollaradək ucuzlaşıb, "Ripple" 2,86% (0,47 dollara qədər), "Bitcoin Cash" 3,04% (748,52 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 273,628 milyard dollar təşkil edir və bunun 42 faizi bitkoinin payına düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.