İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

6 İyul 2018 23:58
1 Şərh     Baxış: 1 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 79,51 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,11 dollar dollar/barel azdır. Milli.Az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 5-də 78,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,11 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 5-də 75,53 dollar/barel təşkil edib ki, bu da Trend--ə görə, əvvəlki qiymətdən 0,09 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 5-də 77,01 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,06 dollar/barel çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.