İqtisadiyyat

Gürcüstan Azərbaycana elektrik enerjisi tədarükünü iki dəfə artırıb

5 İyul 2018 23:43
0 Şərh     Baxış: 2 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan Azərbaycana elektrik enerjisi tədarükünü iki dəfə artırıb. Çərşənbə günü ölkənin qəza səbəbindən işıqsız qalmış bölgələrinin təmin edilməsi üçün qonşu dövlətdən 2 milyon kVt/saatdan çox elektrik enerjisi alınıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Gürcüstanın "Elektrik enerjisi sisteminin kommersiya operatoru"nun (ESCO) məlumatında bildirilir.

ESCO-nun xəbərinə görə, 1 və 2 iyul tarixlərində Azərbaycana elektrik enerjisi tədarük olunmayıb, 3 və 4 iyul tarixlərində isə bu, ümumilikdə 3,1 milyon kVt/saatdan çox təşkil edib. Azərbaycana elektrik enerjisi tədarükü 330 kV-lik "Qardabani" hava xətti ilə həyata keçirilir.

Gürcüstan eyni zamanda çərşənbə axşamı Türkiyə və Ermənistana ixracı azaldıb. Çərşənbə günü Türkiyəyə ixrac bərpa olunub və 1,74 milyon kVt/saat təşkil edib. Çərşənbə axşamı Rusiyaya da tədarük eyni səviyyədə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.