İqtisadiyyat

Ötən ay 195-2 “Çağrı Mərkəzi”nə 1800-dək müraciət olub

24 İyun 2018 14:18
0 Şərh     Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

May ayında İqtisadiyyat Nazirliyinin 195-2 "Çağrı Mərkəzi"nə daxil olan müraciətlərin 700-dən çoxu canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, müraciətlər əsasən lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə qaydaları, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, qrant müqavilələrin (qərarların) qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

"Çağrı Mərkəzi"nə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək 195-2 "Çağrı Mərkəzi"nə 77 mindən çox müraciət daxil olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.