İqtisadiyyat

Bitkoinin qiyməti 6 min dollardan aşağı düşüb

23 İyun 2018 08:28
0 Şərh     Baxış: 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur kriptovalyutası bitkoini qiyməti 2017-ci ilin noyabr ayından ilk dəfə 6 min dollardan aşağı düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 20 birja üzrə orta qiyməti hesablayan "CoinMarketCap" portalının məlumatına əsasən kriptovalyuta 9,52% ucuzlaşıb və 6090 dollar təşkil edir.

Kriptovalyutaların həcminə görə ən böyük "Binance" birjasında bitkoin 11,12% ucuzlaşıb və 5970 dollar səviyyəsindədir.

Beləliklə, noyabrın 13-dən ilk dəfə olaraq bitkoinin qiyməti 6 min dollar səviyyəsindən aşağı düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.