İqtisadiyyat

Air Astana-nın reyslərinə QİYMƏTLƏR

20 İyun 2018 12:40
Baxış: 1 373
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstandan Bakıya gələn sərnişinlərin sayı ilbəil artmaqdadır. Bu tendensiya aviaşirkətə yeni uçuşlar açmağa imkan yaradır. 4 iyun 2018 ildən Bakıda Almatıya həftədə 4 dəfə reyslər həyata keçirilir. Sərnişinlər Qazaxıstana daha çox getməyə və Azərbaycanln paytaxtını digər ölkələrin şəhərləri ilə birləşdirən gözəl fürsətlərdən istifadə etməyə əla imkanları var.
 
Yeni məhsul meydana gəldi - My choice. Bu "tarif ailələri" konsepsiyası (fare families) sərnişinə üstün xidmət naboru ilə daha optimal tarif ailəsini seçməyə imkan verir.

Ekonom-sinifdə üç tarif ailəsi Basic, Classic, Plus və ikisi də biznes-sinifdə - Business Saver və Business Flex təklif edilir. Basic tarifi yüngülcə, yalnız əl yükü ilə səyahət edənlərə təklif edilir. Lakin uşuş tarixlərində dəyişikliklər olarsa və sərnişin baqajla gedərsə, o zaman Classic tarifi sərnişinin xidmətinə verilir. Bu tarifə görə müştəri 50% çox bonus ballarını, 20 kq çəkisi olan baqajı keçirmək və tarifin tətbiq olunma qaydalarına əsasən uçuş tarixinə dəyişikliklər etmək imkanını əldə edəcək. Plus tarifinə görə sərnişin 30 kq baqajla reysə üstün qeydiyyatdan yararlana və iki dəfə artıq bonus balları toplaya biləcək.
 
Sərnişinlər aşağıdakı qiymətə bilet əldə edə bilərlər:
Bakı - Almatı 410 manatdan bir tərəfə və 557 manatdan hər iki tərəfə.
Bakı - Astana 410 manatdan bir tərəfə və 557 manatdan hər iki tərəfə.
Bakı - Sankt-Peterburq 673 manatdan bir tərəfə və 1147 manatdan hər iki tərəfə.
Bakı- Novosibirsk 362 manatdan bir tərəfə və 635 manatdan hər iki tərəfə.
Bakı- Omsk 395 manatdan bir tərəfə və 620 manatdan hər iki tərəfə.
Bakı -Yekaterinburq 370 manatdan bir tərəfə və 610 manatdan hər iki tərəfə.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.