İqtisadiyyat

Maroş Şefçoviç: "Avropa Komissiyası TAP layihəsinin reallaşdırılmasına üç ölkənin dəstəyinin davam edəcəyinə ümidvardır"

20 İyun 2018 07:41
Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Komissiyası Transadriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasına İtaliya, Yunanıstan və Albaniyanın dəstəyinin davam edəcəyinə ümidvardır.

Milli.Az bildirir ki, bunu Trend-ə Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.

O bildirib: "Mən inanıram ki, "Cənub Qaz Dəhlizi"nin Avropa hissəsi olan TAP-ın tikintisi üç hökumətin dəstəyi sayəsində davam etdiriləcək".

M.Şefçoviç vurğulayıb ki, TAP ərazisindən keçdiyi ölkələrə investisiyaların cəlb olunması, yeni iş yerlərinin açılması, eləcə də istehlakçılar üçün enerji daşıyıcılarının qiymətlərinin azalması baxımından səmərəli olacaq.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi"nin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.