İqtisadiyyat

IPChain assosiasiyası Azərbaycanda şəbəkəsini genişləndirir

19 İyun 2018 22:24
0 Şərh     Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

IPChain assosiasiyası (Əqli Mülkiyyəti Obyektləri və Hüquqları ilə Tranzaksiyaların Milli Koordinasiya Emal Mərkəzi) Azərbaycandakı tərəfdaşları ilə əməkdaşlığa başlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu assosiasiyanın rəqəmsal texnologiyalarının direktoru Artyom Tovbin deyib.

Tovbin bildirib: "Avrasiya Hüquq Sahibləri Cəmiyyətlərinin Konfederasiyası ilə əməkdaşlıq çərçivəsində IPChain assosiasiyası müxtəlif ölkələrdə şəbəkə düyünləri açır. Biz gələcək haqqında xəyal etmirik, biz onu artıq qururuq: şəbəkə düyünləri Azərbaycan, Ermənistan, Qazaxıstan və Qırğızıstanda təşkil olunur".

Qeyd edək ki, bu kimi rəqəmsal şəbəkə əqli mülkiyyət obyektlərinin hərəkətinin nəinki ölkə ərazisində, həmçinin onun kənarlarında da izləməyə imkan verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.