İqtisadiyyat

Azərbaycandan Türkiyəyə iki dəfə daha tez çatmaq mümkün olacaq

14 İyun 2018 21:04
0 Şərh     Baxış: 2 158

Gürcüstan-Azərbaycan sərhədindəki "Qırmızı körpü" nəzarət-buraxılış məntəqəsindən Gürcüstan-Türkiyə sərhədindəki "Sarpi" nəzarət-buraxılış məntəqəsinədək məsafə 4 saatadək azalacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi ölkənin qərbi ilə şərqini əlaqələndirən Rikot aşırımında yol tikintisi üçün tender elan edib.

Qeyd olunur ki, bu layihə üçün ümumilikdə 2 milyard dollara yaxın vəsait sərf olunacaq.

Nazirlik rəsmisi bildirib ki, infrastruktur layihələri nəticəsində "Qırmızı körpü"dən "Sarpi"yədək olan yol 7-8 saatdan 4-4,5 saatadək azalacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.