İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

11 İyun 2018 23:24
0 Şərh     Baxış: 882

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 77,37 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,65 dollar/barel azdır. Milli.Az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti isə 76,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,68 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlinvə, 73,92 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,66 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 75,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,51 dollar/barel azdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.