İqtisadiyyat

“Neft ralli”si dayandı - Bum arxada qaldı

26 May 2018 10:41
0 Şərh     Baxış: 1 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şist neft hasilatı qlobal bazarda "neft ralli"sini dayandırdı.

Milli.Az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.


İqtisadçının sözlərinə görə, ABŞ-da şist neft istehsalına marağın artması qiymətlərin enməsinə səbəb olub: "Bu həftə ABŞ-da quyuların sayının 13 ədəd artması neftin dünya bazar qiymətinin bu gün 3 faizdən çox azalmasına səbəb oldu. Artıq "Brent" markalı neftin 1 bareli 77 dollardan ucuz satılır. Qeyd edək ki, 2018-ci ildə sözügedən ölkədə quyuların sayında 151 ədəd artım qeydə alınıb. Mayın 18-də ABŞ gündəlik neft hasilatını 10,7 milyon barelə çatdırıb ki, bu da okeanın o tayında "qara qızıl" istehsalının artmasından xəbər verir. Digər tərəfdən, Rusiya ilə Səudiyyə Ərəbistanının məhdudlaşdırılmış neft hasilatının gündəlik 1 milyon barel artırılması ilə bağlı müzakirələri də neft bazarına təsirsiz ötüşmədi. Müzakirələrin nəticəsi olaraq hansı qərarın verilməsi isə iyunun 22-də bəlli olacaq".

V.Bayramov hesab edir ki, artıq bundan sonra neft bazarında yüksək qiymətlər gözlənilmir: "OPEK proqnozlaşdırılmayan mövcud yüksək qiymətlər fonunda bazar payının itirilməsindən ehtiyatlanır. Bu baxımdan da, OPEK+ tərəfindən bazar payını qoruyub saxlamaq üçün hasilat həcminə yenidən baxılması istisna deyil. Eyni zamanda, istehlakçı ölkələrdə neftin mövcud qiymətlərindən məmnun görünmürdülər. Yaponiyanın ərəb tərəfdaşlarına yüksək qiymətlərin arzuolunan olmaması ilə bağlı mesajı da məhz bundan xəbər verir. Bütövlükdə, ABŞ-İran gərginliyi istisna olmaqa hazırda digər heç bir faktor neft bazarına yüksək qiymətlər vəd etmir. Neftin qiymətində hələlik kəskin azalmalar gözlənilməsə də, amma yüksək neft qiymətlərinə qayıdış da inandırıcı deyil. Bu baxımdan neft ölkələri üçün "neft bumu"nun artıq arxada qaldığını söyləmək heç də çətin deyil".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.