İqtisadiyyat

Samsung-dan yeni layihə

25 May 2018 14:00
Baxış: 4 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda və dünyada beynəlxalq iqtisadiyyatın ən ciddi fiqurlarından biri kimi tanınan, elektronika satışı üzrə lider olan Samsung şirkəti yeni layihəyə başlamağı qərara alıb. Layihənin əsas məqsədi ölkəsini dünyada tanıdan, vətənini beynəlxalq aləmdə layiqincə təmsil edən insanları, öz sahəsində görkəmli nailiyyətləri olan şəxsləri ən yaxşı Samsung məhsulları ilə dəyərləndirməkdir. Bu layihə çərçivəsində Samsung şirkəti dünya karatesinin tanınmış siması, dəfələrlə dünya və Avropa çempionu olan Rafael Ağayevə yeni məhsulu - Samsung Galaxy S9 mobil telefonunu - təqdim etdi.

Rafael Ağayev Azərbaycanın idman şərəfini dünyada layiqincə qoruyan idmançılardan biridir. Uzun illər karatedə mümkün bütün titulları qazanan idmançımız saysız-hesabsız yarışlarda çempionluq sevinci yaşayıb, dəfələrlə Azərbaycan himnini səsləndirib.

Rafael Ağayev bu layihəyə görə Samsung-a təşəkkür etdi: "Mən çox şadam ki, Samsung məhz şəxsi keyfiyyətləri və nailiyyətləri dəyərləndirir".

Yeni telefona gəldikdə isə, idmançı fikirlərini belə bölüşdü: "Bu model haqqında mətbuatdan oxumuşdum. Kifayət qədər yeni maraqlı funksiyaları özündə cəmləşdirir. Samsung Galaxy S9 bərk korpusa malikdir, suya davamlılığı var. Bu mənada hətta məşqdə olanda belə telefonu özümdə saxlamaq imkanı olacaq. İdmançı kimi hər bir şeydə yüksək keyfiyyət və gücə önəm verirəm. Həmçinin, "SLOW MOTION" funksiyası olan kamerasını qeyd etmək istərdim. Telefonda keyfiyyətli kamera ən vacib amillərdən biridir. Bu cür kamera ilə məşqdə hərəkətlər, zərbələri dəqiqliklə çəkmək olur. Real həyatda olduğu kimi alınır."

Qeyd edək ki, Samsung şirkəti Azərbaycanı müxtəlif sahələrdə dünyada layiqincə tanıdan insanlara premium hədiyyələri təqdim etməklə onların ən yaxşı məhsullara layiq olduğunu vurğulamağa bu layihə çərçivəsində davam edəcək.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.