İqtisadiyyat

Bitkoinin qiyməti düşməkdə davam edir

25 May 2018 00:06
0 Şərh     Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 7 600 dollaradək ucuzlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, mütəxəssislər bitkoinin ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırır.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 3,39% ucuzlaşaraq 7 675 dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, "Ethereum" 6,38% və ya 598,9 dollaradək, "Ripple" 3,22% (0,617 dollara qədər), "Bitcoin Cash" isə 6,4% (1 026 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 337,02 milyard dollar təşkil edir və bunun 39 faizi bitkoinin payına düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.