İqtisadiyyat

“Abxaziyadan keçərək Rusiyaya gedəcək dəmir yolunun açılışı barədə danışıqlar olmayıb” - Karasin

24 May 2018 23:08
0 Şərh     Baxış: 1 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze ilə görüşümüz zamanı Abxaziyadan keçməklə Rusiyaya gedəcək dəmir yolu xəttinin açılışı barədə danışıqlar olmayıb".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Gürcüstan televiziyalarına müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin söyləyib.

Onun sözlərinə görə, rəsmi Moskva Gürcüstan ilə malların sərhəd-keçid məntəqələrində monitorinqi ilə bağlı imzalanmış sazişin icrasında maraqlıdır. Rusiya mayın 18-də İsveçrənin "SGS Societe Generale de Surveillance" şirkəti ilə müqavilə imzalayıb. Sənəddə sərhəd-keçid məntəqələrində malların monitorinqi barədə 2011-ci ildə əldə olunmuş razılaşmanın şərtləri nəzərdə tutulub.

Q.Karasin deyib: "Biz danışıqlar zamanı çox vacib məsələləri həll etdik. Biz 2011-ci ildə əldə olunmuş razılaşmanın həyata keçməsində maraqlıyıq. Bununla belə, bizim aramızda Abxaziya ərazisindən keçəcək dəmir yolunun açılışı barədə heç danışığımız olmayıb".

"Dəmir yolu barədə danışıqlar nə mədəni səviyyədə, nə səfirliklər, nə də dəmir yolu rəhbərləri arasında müzakirə olunmayıb", - deyə Karasin vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Q.Karasin və Z.Abaşidze arasında Rusiya Gürcüstan münasibətlərinə dair növbəti görüş bu gün Praqada keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.