İqtisadiyyat

Fövqəladə faiz artımı lirəni dollara qarşı möhkəmləndirəcəkmi?

24 May 2018 22:25
1 Şərh     Baxış: 1 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Mərkəzi Bankı təcili faiz dərəcəsini artırdıqdan sonra lirə dollara nisbətdə daha ağır itkilərə məruz qalıb.

Türkiyə Mərkəzi Bankının qərarından sonra dollar lirəyə nisbətdə ucuzlaşsa da, dərhal sonra yenidən yüksəldi.

Hökümətin Mərkəzi Bankın səlahiyyətlərinə müdaxilə qorxusu böyüdükcə, lirə öz dəyərinin beşdə birini itirib.

Bir çox investor artıq ikirəqəmli olan inflyasiyanı aşağı salmaq üçün yüksək faiz dərəcəsinə çağırıb.

Həftənin üçüncü günü fövqəladə toplantıdan sonra Mərkəzi Bank faiz dərəcəsini (Likvidlik pəncərəsini- GLP) 13.5%-dən 16.5%-ə qaldırıb.

"İnflyasiyanın hazırkı yüksək səviyyəsi və inflyasiya gözləntiləri riskləri atrırmaqda davam edir", Mərkəzi Bank açıqlamasında bildirib.

Qurum əlavə edib ki, qiymət sabitliyinə dəstək vermək üçün "güclü sərt pul siyasətinə keçilməsinə qərar verib".

Türkiyə prezidenti Recep Tayyip Erdogan 24 iyun seçkilərindən sonra ölkənin maliyyə sektoruna daha çox nəzarət edəcəyini planlaşdırdığını deyəndən sonra böhran yaranıb.

Recep Tayyip ErdoganRecep Tayyip Erdogan əvvəllər "faiz dərəcəsinin artırılmasının əleyhinə" olduğunu açıqlayıb.

Recep Tayyip Erdogan əvvəllər "faiz dərəcəsinin artırılmasının əleyhinə" olduğunu açıqlayıb.

Hökumət sözçüsü Bekir Bozdağ bu həftə lirənin ucuzlaşmasında xarici gücləri günahlandırıb.

Eyni zamanda o, çərşənbə günü Tvitter hesabında yazıb ki, Mərkəzi Bank rəhbərliyi lazımi ölçüləri götürür: "Biz keçmişdə də problemləri həll etdik, indi də edə bilərik".

Lirə mayın 23-də dollara nisbətdə 4.84 lirəyə qalxıb.

2017-ci ilin sonundan bəri lirə 17 faizdən çox ucuzlaşıb.

"Commerzbank"ın iqtisadçısı Peter Dixon-ın fikrincə, sərmayədarlar maliyyə gücünün Erdoğann əlinə düşəcəyindən narahat olublar: "Düşünürəm ki, bazarlar hökumətin Mərkəzi bankın siyasətinə müdaxilə edəcəyindən qorxuya düşüb", o deyib.

"Bu, lirəni ucuzlaşdıran amillərdən biri olub. Bu, bir müddət davam edən tendensiya olub, amma düşünürəm ki, indi ritorika daha yüksəyə qalxıb", Peter Dixon əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.