İqtisadiyyat

Hökümət yeni iş yerlərinin yaradılması üzərində iş aparır - VİDEO

21 May 2018 21:16
Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda hər il 100 mindən az olmayan iş yerləri yaradılmalıdır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu "Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli əməyin təbliği" mövzusunda Bakıda keçirilən konfransda çıxışı zamanı baş nazirin müavini Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, hər il Azərbaycanda əhali 1,2% artdığından yeni iş yerlərinin yaradılmasına ehtiyac var. O qeyd edib ki, hazırda bu məsələ hökümətin əsas məqsədidir.
Tədbirdə çıxış edən Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev son illər ərzində əməyin mühafizəsi ilə bağlı görülən işlərdən danışıb. Qeyd edib ki, iş yerlərində Konfederasiyanın əmək müfəttişləri tərəfindən mütəmadi yoxlamalar aparılır.
Səttar Mehbalıyev iş ye­rlərində əməyin mühaf­izəsinə daim nəzarət­ edildiyini və bu sahədə olan çatışmazlıqların aradan qaldırılması üçün qanunlara dəyişikliklərin olunduğunu qeyd edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Hökümət yeni iş yerlərinin yaradılması üzərində iş aparır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.