İqtisadiyyat

Azərbaycan ilin sonunadək Şanxayda şərab evi açacaq

17 May 2018 12:12
Baxış: 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Çində bu ilin sonuna qədər şərab evini açmaq niyyətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov deyib.

AZPROMO prezidentinin sözlərinə gröə, bu istiqamətdə texniki xarakterli işlər görülür, bu il ərzində Şanxayda şərab evi açılacaq.

R.Məmmədov deyib: "Şərab evi ilə bağlı dünən Şanxaydakı azad ticarət zonası ilə danışıqlar aparılıb. Bu işdə bir çox proseslər bizdən asılı deyil. Oranın qanunvericiliyi, fərqli prosedurlar var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.