İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

14 May 2018 23:15
0 Şərh     Baxış: 1 148

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 77,8 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,15 dollar/barel çoxdur. Milli.Az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 77,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,17 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 73,48 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,13 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 77,3 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.