İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

11 May 2018 23:12
1 Şərh     Baxış: 2 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 10-da 77,65 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,19 dollar/barel azdır. Milli.Az bildirir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 10-da 77,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 10-da 73,35 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətlə eynidir.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 10-da 77,22 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,09 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.