İqtisadiyyat

STAR neft emalı zavodunun tikintisi 99% tamamlanıb

9 May 2018 22:08
Baxış: 1 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

STAR neft emalı zavodunun tikintisi 99% tamamlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

R.Abdullayev qeyd edib: "Türkiyədəki ən böyük aktivimiz olan "Petkim" Petrokimya Holdinqinin timsalında biz bunu aydın şəkildə görə bilirik. Məhsullarını təxminən 40 ölkəyə ixrac edən "Petkim" 2008-ci ildə SOCAR-ın idarəçiliyinə keçdikdən sonra xalis mənfəətini 9,2 dəfə artırıb. Holdinqin səhmlərinin dəyəri isə 8,7 dəfə yüksəlib. "Petkim"i xammal ilə təmin edəcək STAR neft emalı zavodunun tikintisi 99% tamamlanıb. Cari ilin sentyabrında zavodda ilk məhsulun satışı, dekabrda isə şərti qəbulu həyata keçiriləcək. Zavodun istehsal gücü 10 milyon ton həcmində nəzərdə tutulur".

Onun sözlərinə görə, zavodda istehsal olunacaq məhsulların bir qismi, o cümlədən nafta "Petkim" kompleksində xammal kimi istifadə ediləcək ki, bu da ümumi xərclərin aşağı salınmasında böyük rol oynayacaq:

"Ümumiyyətlə, zavodda istehsal ediləcək məhsulların əsas hissəsi Türkiyənin daxili bazarı, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulur. Cari ildə STAR üzrə aparılacaq işlərin əsas hədəfi istehsalat proseslərinin rəqəmsallaşdırılması olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.