İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

3 May 2018 23:21
0 Şərh     Baxış: 1 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 2-də 73,82 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,38 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 2-də 73,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,33 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 2-də 68,81 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,09 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 2-də 73,08 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,29 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.