İqtisadiyyat

Azərbaycan neftinin SON QİYMƏTİ

26 Aprel 2018 23:31
0 Şərh     Baxış: 1 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 25-də 75 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,25 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 25-də 74,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,27 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 25-də 69,83 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,22 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 25-də 73,99 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,27 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.